Ölkədə 63 saxta diplom aşkarlandı
2014-cü il ərzində Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin “161-qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 290 və Səhiyyə Nazirliyinin “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 314 neqativ hal barədə şikayətə nazirlikdə baxılıb.
Yenicag.az apa-ya istinadən bildirir ki, aparılan araşdırmalar zamanı müəyyən edilmiş pozuntu faktları üzrə 176 tibb işçisi barədə məsuliyyət tədbirləri görülüb. 1 müraciət üzrə cinayət xarakterli pozuntu faktı aşkar olunduğundan, 1 tibb işçisi barədə hüquq-mühafizə orqanı vasitəsilə cinayət işi qaldırılıb.
Bundan əlavə, görülmüş yoxlama tədbirləri nəticəsində 63 saxta diplom aşkar olunaraq, toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.