Əməkdar artist, tanınmış aktrisa Vəfa Zeynalova başına gələn dəhşətli hadisədən danışıb.
Yenicag.az xəbər verir ki, aktrisa dəfələrlə səhnədə faciə ilə qarşı-qarşıya qaldığını bildirib:
“Həyatımda o qədər böyük faciələr yaşamamışam, nəinki səhnədə. Səhnədə başıma gəlməyən iş qalmayıb. Uşaq tamaşalarının birində oynayırdım. Birdən gözüm qaraldı, səhnənin ortasında özümdən getdim. Elə bildilər roldayam. Sonradan gördülər ki, belə deyil. Məni ayıltmağa çalışdılar və səhnədən çıxardılar…”
Az.TV-nin “Gün başladı” verilişindən olan görüntüləri təqdim edirik:
Nehru
www.yenicag.az