Ötən il OPEC-in neft ixracından gəlirləri azalıb.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu məlumat təşkilatın hesabatında yer alıb. 2016-cı ildə OPEC-in neft ixracından gəliri 445,7 milyard dollar təşkil edib. Gəlirlər 2015-ci ilə olan göstəricilərdən 13,2% daha azdır. Bu, 2005-ci ildən etibarən minimal göstəricidir.
Ötən il təşkilata daxil olan ölkələrdən yalnız İran neft ixracından gəlirlərini artırıb.
Bununla yanaşı, ötən il OPEC ölkələrinin neft ixracı 6,5% artıb. 2016-cı ildə gündəlik hasilat 25,01 milyon barelə bərabər olub.
Xatırladaq ki, 2016-cı ilin noyabrında OPEC neft hasilatının azaldılması barədə saziş imzalayıb. Dekabrda kartelə daxil olmayan 11 ölkə ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə saziş imzalayıb. Saziş bu ilin birinci yarısı üçün bağlanıb. May ayında sazişin müddəti daha 9 ay uzadılıb.
www.yenicag.az