Röya Ayxan Tbilisidəki konserti ilə bağlı nələr danışdı? - VİDEO
Röya Ayxan Gürcüstanın paytaxtı Tbilisidə anşlaqla keçən konsertindən sonra təəssüratlarını bölüşüb.
Yenicag.az xəbər verir ki, müğənni “Aktual.ge”yə açıqlamasında hər konsert öncəsi həyəcan keçirdiyini bildirib:
“Mən konsert adamıyam, hər konsertdə həyəcan keçirirəm”.
Röya Ayxan qeyd edib ki, uzun illərdir Gürcüstana gəlməyi və burada yaşayan azərbaycanlılarla görüşməyi planlaşdırıb:
“Gürcüstana gəlməyim və buradakı azərbaycanlılarla görüşməyimi neçə illərdir planlaşdırırdım. Bu baş vermirdi. Nəhayət ki, gəldik və çox gözəl görüşümüz oldu”.
Sənətçi səhnədə özünü xoşbəxt hiss etdiyini vurğulayaraq gələcəkdə yenidən Tbilisidə konsert vermək istədiyini də söyləyib.
O, xaricdə yaşayan azərbaycanlılarla bağlı fikirlərini belə ifadə edib:
“Harada azərbaycanlı varsa, orada Röyanın ürəyi var. Röya ilə ağlayıb, Röya ilə gülüblər. Mənim millətim haradadırsa, orada hüzur olsun”.













