Paşinyandan Putinə İrəvanda sayğısızlıq – Rus liderin istəkləri cavabsız qaldı – VİDEO

Rusiya Prezidenti Vladimir Putin 3 il sonra yenidən Ermənistanda rəsmi səfərdə olub. 

Yenicag.az xəbər verir ki, Putin Ermənistanda keçirilən Avrasiya İqtisadi Birliyi toplantısına qatılıb   .

Türkiyənin “Haber Global” telekanalının “İrəvanda Putinə qarşı sayğısızlıq” sərlövhəli xəbərində bildirilir ki, Rusiya prezidenti toplantının başlamasına dəqiqələr qalan təyyarədən enib və bütün görüşləri üçün sadəcə bir neçə saat ərzində vaxt ayırıb.

Görüşlərdə Rusiya və Ermənistan arasında soyuqluq olduğu, Putinin Paşinyanla məsafəli olduğu açıq hiss edilib.

Ermənistanın baş naziri Nikol Paşinyan Vladimir Putini yola salmaq üçün gəldiyi vida mərasimi zamanı Putinin soyuqluğu yenə də özünü göstərib.

Məlumata görə, görüşdən öncə Putin eks-prezident Robert Koçaryanın azad edilməsini istəyib. Ermənistan tərəfi isə bu istəyə lazımi cavab verməyib. Bundan sonra Putin, Koçaryanın həyat yoldaşı ilə özəl görüş keçirib.

İki ölkə arasındakı gərginlik isə bununla bitmir. Başqa bir problem təbii qaz məsələsidir. Rusiya tərəfi Ermənistana ixrac etdiyi qazın qiymətini keçən il artırıb. İndi erməni mətbuatı qazın qiymətinin daha 30 faiz artırılacağını iddia edir.

Putini Ermənistanda çətin vəziyyətə salan bir başqa məsələ isə, erməni jurnalistin Cənubi Ossetiya ilə bağlı verdiyi sual olub.

”Haber Global”ın mövzu ilə bağlı geniş reportajını təqdim edirik:

Rusya Devlet Başkanı Putin'e Erivan'da saygısızlık!

Rusya Devlet Başkanı Putin'e Erivan'da saygısızlık!

Gepostet von Haber Global am Mittwoch, 2. Oktober 2019

 

COP29