Prezident açılışda iştirak etdi

media-hightechnic-468x90

284e99a06581e75845f3868d64953e89Azərbaycan prezidenti İlham Əliyev dekabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsinin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin açılışında iştirak edib.

Dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Mərkəzdə yaradılan şəraitlə tanış olan prezidentə daşınmaz əmlakın qeydiyyatı, kadastrı və idarəedilməsi, torpaqların elektron uçotu, ünvan reyestri informasiya sistemləri və elektron kadastr məlumat bazası barədə məlumat verilib.

media-ziraat-728x90

Prezident açılışda iştirak etdi

media-hightechnic-468x90

lpAzərbaycan prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə inzibati binada Heydər Əliyevin həm sovet dönəmində, həm də müstəqillik illərində hakimiyyəti dövründə Azərbaycanda istifadəyə verilən sənaye müəssisələrinin açılışlarında iştirakını və hazırda bu sahəyə göstərilən diqqət və qayğını əks etdirən fotostendlərə baxıb.

Müəssisənin laboratoriyası və idarəetmə mərkəzi ilə tanış olan Azərbaycan prezidentinə ölkənin sement bazarı və zavod haqqında məlumat verilib. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib ki, müəssisə gündə 5 min ton klinker, ildə 2 milyon ton sement istehsalı gücünə malikdir. Zavodda 350 nəfər işlə təmin olunub.

Dövlət başçısı zavodu işə salıb və monitorda istehsal prosesinin gedişinə baxıb.
Müəssisə ilə tanışlıqdan sonra prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600