Prezident bu qanuna dəyişikliyi təsdiqlədi

media-hightechnic-468x90

Azərbaycanda inzibati vəzifələrin dördüncü və beşinci təsnifatının əhatə dairəsi genişlənib.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Dövlət qulluğu haqqında” qanunda dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Dəyişikliklə müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin aparat rəhbərlərinin və onların müavinlərinin vəzifələri inzibati vəzifələrin dördüncü, müvafiq icra hakimiyyəti orqanları yanında yaradılan rəhbəri və rəhbərinin müavinləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən dövlət xidmətləri və dövlət agentliklərinin rəhbərlərinin müşavirləri, köməkçiləri vəzifələr inzibati vəzifələrin beşinci təsnifatına daxil edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600