!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prokuror “Məhsul” stadionunu satanlara ağır cəza istədi

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq- xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən səxslər- Əliyev Nadir Lətif oğlu və Həsənov Alik İbadulla oğlunun məhkəmə prosesinin növbəti iclası keçirilib.

Yenicag.az-ın məlumatına görə, dövlət ittihamçısı Eldar Məmmədov ittiham nitqi ilə çıxış edərək hər iki şəxsin 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.

Həmçinin məlum olub ki, təqsirləndirilən şəxslər zərərçəkən şəxslərə heç bir ziyan ödəməyib.

Təqsirləndirilən Nadir Əliyevin vəkili bildirdi ki, Alik Həsənovla Nadir Əliyev arasında olan səs yazısı müstəqil ekspertiza mərkəzində baxılıb və belə rəy çıxarılıb ki, səs yazısı tam deyil, saxtadır. Həmçinin tərəflər “Məhsul” stadionu ilə bağlı pulu Nadir Əliyevə yox, Alik Həsənova veriblər. Mülki iddialarında təmin edilməməsini istəyirəm.

Zərərçəkmiş şəxs Yusif Vəlixanov çıxış etmək istəsədə ona imkan vermədilər. Səbəb isə Yusif Vəlixanovun Nadir Əliyevin vəkilinə düzgün irad bildirməsi oldu: “Nadirlə Alik arasında olan səs yazısı düzgün ola-ola ekspertin verdiyi rəyi əsas götürmək nə qədər düzgündür? Vəkil, sən yalan danışırsan”.

Sonra təqsirləndirilən şəxslərə son söz verilsə də onlar çıxış üçün vaxt istədilər.

Məhkəmə prosesi 16 sentyabr tarixinə kimi təxirə salınıb.

Xatırladaq ki, Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun həmin klubun istifadəsində olan keçmiş “Məhsul stadionu” adlanan ərazinin satışı adı altında sahibkarlara məxsus pul vəsaitlərini ələ keçirmələri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində müraciətlər daxil olub. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Aparılan istintaqla Nadir Əliyevin Alik Həsənovla qabaqcadan əlbir olaraq Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti 69D ünvanında 1,26 hektar torpaq sahəsində yerləşən sözügedən stadion ərazisini guya həmin yerdə hündürmərtəbəli binanın inşa edilməsi məqsədi ilə 5 milyon 500 min manata sata biləcəklərini ayrı-ayrı sahibkarlara bildirmələrinə, həmin məsələnin həlli üçün əvvəlcə beh verilməsi, habelə Konfederasiyanın rəhbər vəzifəli şəxslərinə rüşvət qismində çatdırılması adı ilə sahibkarladan cəmi 900 min manat məbləğində pul vəsaitini aldatma yolu ilə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, istintaq zamanı Alik Həsənovun həmin vəzifədə işləyərkən eyni üsul və məqsədlə direktoru olduğu stadionun ərazisini digər sahibkara 8 milyon manata sata biləcəyini bildirməsinə, bunun üçün aidiyyəti vəzifəli şəxslərə rüşvət verilməsi və müvafiq sənədləşdirmənin aparılması adı ilə sahibkara məxsus 360 min manat məbləğində pul vəsaitini təkrarən ələ keçirməsinə də əsaslı şübhələr müəyyənləşdirilib.

Qeyd edilən hallarla bağlı toplanmış ilkin sübutlar əsasında Nadir Əliyev və Alik Həsənova müvafiq olaraq Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və 32.4, 312.2-ci (rüşvət verməyə təkrarən təhrik etmə) maddələri ilə ittiham elan edilərək, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cinayət işində 5 nəfər- Vəlixanov Yusif Vəlixan oğlu, Rüstəmov Elçin Ənvər oğlu, İsmayılov Rauf Ağa- Musa oğlu, Umbatov Dadaş Adil oğlu və Zülfüqarov Həbib Sahib oğlu zərərçəkmiş qismində tanınıb.

www.yenicag.az

186
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv