“Putinin Rusiyası Ermənistan üçün bir nömrəli təhlükədir”
Ermənistanın Rusiya ilə indiki müttəfiqlik əlaqələrinin ciddiliyindən ya yalançılar, ya da reaalıqdan uzaq olan insanlar danışa bilərlər.
Bunu Ermənistanın siyasi və beynəlxalq araşdırmalar mərkəzinin eksperti Ruben Meqrabyan deyib. Onun sözlərinə görə, hazırda Ermənistan və Rusiyanın maraqları nəinki üstü-üstə düşmür, bu, açıq şəkildə bir-birinə ziddir: “Bizim maraqlarımızın üst-üstə düşdüyü heç bir məsələ yoxdur. Ermənistan üçün vacib olan faktiki olaraq Rusiya üçün öldürcüdür”.
Ekspert deyib ki, məsələn, əgər Ermənistana Uranla əlaqərin inkişafı və Türkiyə ilə münasibətlərin normallaşması sərfəlidirsə, Rusiya üçün əsas təhlükə hesab olunur. Əgər Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanması sərfəlidirsə, Rusiyaya qeyri-sabitlik sərf edir. Ermənistan bu münaqişənin sülh yolu ilə həllinə cəhd edir, Rusiya isə Azərbaycanı silahlandırır. İndi bizi inandırmağa çalışırlar ki, bu biznesdir. Ancaq insan alveri və narkotik ticarəti də biznesdir”.
Bütün bunları qeyd edən ekspert qəti əmindir ki, Putinin Rusiyası Ermənistan üçün bir nömrəli təhlükədir.