Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının fərdi yarışlarının ilk günü keçirilib.
Azərbaycan Cüdo Federasiyasından Yenicag.az-a verilən məlumata görə, Bakı İdman Sarayında baş tutan yarışda 7 çəki dərəcəsində 178 cüdoçu medallar uğrunda mübarizə aparıb.
İlk yarış günündə qadınlar arasında -63, -70 kq, -78 və 78 kiloqram, kişilərdə isə 60, -66 və -73 kiloqram çəki dərəcələrinə qaliblər müəyyənləşib.
Kişilər:
-60 kiloqram
1. Hüseyn Allahyarov (“Cüdo Klub” 2012)
2. Əhməd Yusifov (“Neftçi” İK)
3. Balabəy Ağayev (“Neftçi” İK)
3. Nizami İmranov (“Atilla” İK)
-66 kiloqram
1. Rəşad Yelkiyev (“Kanokan-TT” İK)
2. Elşən Əsədov (“Atilla” İK)
3. Ruslan Paşayev (“Neftçi” İK)
3. Eltac Yusifli (Sumqayıt 1 nömrəli İOEUGİŞM)
-73 kiloqram
1. Rəşid Məmmədəliyev (“Atilla” İK)
2. Aydın Rzayev (“Kanokan-TT” İK)
3. Qadir Hüseynov (“Atilla” İK)
3. Nəriman Mirzəyev (“Neftçi” İK)
Qadınlar:
-63 kiloqram
1. Fidan Əlizadə (“Cüdo Klub” 2012)
2. Nərgiz Hacıyeva (“Neftçi” İK)
3. Leyla Hüseynova (“Abşeron Xırdalan”)
3. Leyla Atayeva (“Cüdo Klub” 2012)
-70 kiloqram
1. Günel Həsənli (“Abşeron Xırdalan”)
2. Südabə Ağayeva (“Atilla” İK)
3. Aytac Qardaşxanlı (“Balaxanı” İM)
3. Pərvanə Abdullayeva (“Yevlax”)
-78 kiloqram
1. Nərmin Əmirli (“Umbayev Sport Klub”)
2. Əsmər Əliyeva (“Neftçi” İK)
+78 kiloqram
1. Nigar Süleymanova (“Neftçi” İK)
2. Zeynəbxanım Əsədova (“Məhsul” İC)
3. Elnarə Rəşidova (“Sumqayıt”)
3. Aytəkin Paşazadə (“Şuşa UGİM”)
Qeyd edək ki, qadınlar və kişilər arasında Azərbaycan çempionatına dekabrın 1-də yekun vurulacaq.
www.yenicag.az