“Mançester Yunayted”lə münasibətləri korlanan Kriştiano Ronaldonun qış transfer dönəmində komandadan ayrılması gözlənilir.
Yenicag.az “Fotomaç”a istinadən xəbər verir ki, son dönəmlərdə adı “Bavariya” klubu ilə hallanan 37 yaşlı hücumçu ilə “Qalatasaray” yaxından maraqlanır. Klubun idarə heyətinin sədri Erden Timur portuqaliyalı futbolçunun agenti Jorje Mendeslə dərhal danışıqlara başlayıb.
Qeyd edək ki, Kriştianonun “Mançester Yunayted”lə müqaviləsinin müddəti cari mövsümün sonu başa çatır./Yenisabah.az/
www.yenicag.az