Qarabağ konfliktinin həllinə ABŞ mane olub
“Levon Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılmasında Viktoriya Nulandın böyük töhfəsi olub”.
Bu açıqlama ilə Petrosyanın keçmiş köməkçisi Jirayr Liparityan çıxış edib.
O, ABŞ-ın Robert Köçəryanın hakimiyyətə gətirilməsində böyük rol oynadığını bildirib:
“Nuland çoxdan işləyir. Bizim vaxtımızda o, Ermənistana danışıqlar aparmaq üçün gəlmişdi. Viktoriya Nuland o şəxslərdəndir ki, 1997-1998-ci illərdə Ermənistanın daxili işlərində çox böyük rol oynayıb. Onun Ter-Petrosyanın istefaya göndərilməsində önəmli rolu olub. O zamankı səfir Piter Tomson isə müxalifəti müdafiə etməkdən ötrü əlindən gələni edirdi. Nuland Petrosyan istefaya gedəndə mənə bu sözləri demişdi: “Petrosyan ağıllı adamdır, amma o Qarabağda sülh yaratmaq üçün güclü şəxs deyil. Köçəryan isə müharibəni qazanan güclü şəxsdir və sülhü yaratmalıdır…”
Qeyd edək ki, Jirayr Liparityan Qarabağ konflikti ilə bağlı danışıqlarda iştirak edib. O, atəşkəslə bağlı (Bişkek) müqaviləni hazırlayan şəxslərdən biri olub(axar.az).