Qəbələdə ağır qəza: ölənlər var

media-hightechnic-468x90

Qəbələdə iki avtomobil toqquşub, ölənlər var.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gün saat 01:00 radələrində Oğuz-Qəbələ yolunda, Qəbələnin Zarağan kəndində Bakı şəhər, Nəsimi rayon sakini, 1960-cı il təvəllüdlü Xəlilov Məcid Feyzulla oğlunun idarə etdiyi “Toyota Rav 4” markalı 90-NB-811 dövlət nömrə nişanlı avtomobillə Qəbələnin Mıxlıqovaq kənd sakini, 1992-ci il təvəllüdlü İsmayılov Sirus Müşfiq oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 66-BV-214 dövlət nömrə nişanlı avtomobil toqquşub.

Nəticədə S. İsmayılov və sərnişini, 1994-cü il təvəllüdlü Səmədov Rufan Əflatun oğlu hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05