“Qərb həmişə bundan istifadə edir”
“Rusiya Ukrayna hadisələri fonunda gərək abxaz probleminin dünya informasiya məkanına çıxmasına icazə verməzdi”.
Bu açıqlama ilə rusiyalı politoloq Qriqori Trofimçuk çıxış edib.
O, Qərbin bu hadisələrdən istifadə edəcəyini bildirib:
“Rusiya Ukrayna hadisələri fonunda gərək abxaz probleminin dünya informasiya məkanına çıxmasına icazə verməzdi. Qərb həmişə bundan istifadə edir və indi də edəcək. Qafqazda yeni cəbhənin açılması üçün şərait yaradacaq. Rusiyanın büdcəsindəki pul bunu yatırmağa kömək etməyəcək. Çünki onsuz da büdcədə vəziyyət ağırdır. Amma az da olsa, bunun üçün pul ayırmaq lazımdır”.