“Qoyun olmayın, müsəlmanlara qarşı çıxın. Onlar sizi incidiblər, əzizlərinizi əlinizdən alıblar”.
Yenicag.az xəbər verir ki, yaşadığı şəhərdə yüzlərlə insana “müsəlmanların cəzalandırılma günü” adlı məktub göndərən, onlara qarşı nifrət oyadan 35 yaşlı Deyvid Parnhamın məhkəməsi keçirilib.
O, 2 il ərzində yüzlərlə insana aprel ayında müsəlmanların cəzalandırılması ilə bağlı məktub yazdığını hakim qarşısında etiraf edib.
İngiltərə mərkəzi şəhər məhkəməsində ifadə verən Deyvid həmçinin kraliçaya, Tereza Mey və Britaniya Mühafizəkarlar (Tori) Partiyasın üzvünə ağ toz göndərməkdə ittiham olunub.
Onun məktubunda müsəlmanları cəzalandıran şəxslərin xal da qazanacağı qeyd olunub. Belə ki, məktuba görə müsəlmanları sözlə təhqir edənlər 10, qadının hicabını açanlar 25, müsəlmanların üzünə kimyəvi maddə atanlar 50, onları döyənlər 100, işgəncə verənlər 250, öldürənlər 500, məscid partladanlar 1000, Məkkəni parladanlar 2500 xal qazanırlar.
Qeyd edək ki, Deyvid Cənubi Karolinada 9 nəfəri öldürən qatilə heyranlıq məktubu da ünvanlayıb./Milli.az/
www.yenicag.az