!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Rauf Arifoğlu: "Bizlərin hər birimizin borcu o müqəddəs əmanətə sədaqət göstərməkdir" - VİDEO

!Reklam – Yazi

“Şəhid övladları, onlardan geri qalanlar bizlərə əmanətdir! Bizlərin hər birimizin borcu o müqəddəs əmanətə sədaqət göstərməkdir”.

Yenicag.az xəbər verir ki, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu “Azərlotereya” ASC-nin “Əmanətə sədaqət” layihəsi çərçivəsində çəkilən video ilə bağlı fikirlərini bölüşüb.

O, bildirib ki, bu video əmanətə sədaqət göstərən təsisatlardan birinin – #Azərlotereya ASC-nin xeyirxah əməlinin inkasıdır:

“Bu təsirli və gözəl filmi seyr edən hər kəs əlbəttə ki, duyğulanacaq. Çünki bu filmin arxasında xeyirxah niyyət, gözəl əməl, əmanətə sədaqət, vətənə, onu canı ilə qoruyanlara sevgi var!
Bu bir təbliğat – təşviqat göstərisi deyil. Bu, Vətən borcuna dair anlamlı mesajdır.

Azərbaycandan para qazanan, ölkəmizdə iş görən bütün şirkətlər, qurumlar, bütün insanlar Vətənə, Şəhidə, Qaziyə və ümumilikdə uca millətimizə bu cür davaranmalı, borcunu bu cür ödəməlidir.
Şəhidlərdən əmanət qalan övladlara yatırım etmək, onları oxutmaq, onları sevindirmək, onların arxası – dayağı olmaq!

Bu Vətən üçün torpaq altında yatan oğulların övladları Şəhidlərin gələcəyidir. Şəhidlərimizin rahat uyuması, onların şəxsi nümunələrinin tarixdə və millət arasında yaşaması, onların ailələrinin qürurlu duruşu naminə həmin övladlara – əmanətə sahib çıxmaq ən böyük şərtdir”.

www.yenicag.az

390
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv