Rauf Mirqədirovun işində dəhşətli faktlar var

media-hightechnic-468x90

xxxxxxxxxxxdkHərbi ekspert Üzeyir Cəfərov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsində  ifadə verib.

Bu barədə Ü.Cəfərovun özü məlumat verib.       

Ü.Cəfərov qeyd edib ki, dindirmə 2 saatdan çox çəkib: “İstintaq sirri olduğuna və bu haqda yazılı iltizam verdiyimə görə çox məsələlərin üstünü aça bilməyəcəyəm. Ortalıqda çox ciddi məqamlar var. Mənim bu günə kimi bilmədiyim elə dəhşətli faktlardan da söhbət getdi ki, mən sadəcə o məqamların tezliklə aydınlaşdırılmasını istərdim. Eyni zamanda, mən hazırda həbsdə olan jurnalist dostumuz Rauf Mirqədirov və digər bir xeyli yoldaşlarla əlaqədar öz fikrimi yazılı şəkildə istintaqın diqqətinə çatdırdım. Sağ olsunlar, dediklərimi olduğu kimi də qeydə alıb, həm müstəntiq Qasım Məmmədov öz imzası ilə, həm də mən imzamla təsdiqlədim. Bir Allah şahiddir ki, mən jurnalist dostumuz Rauf Mirqədirovla bağlı onun çox istedadlı qələm sahibi olmasını, Azərbaycan ictimaiyyəti qarşısında xidmətlərini də nəzərə alınmasını xahiş etdim. 2001-ci ildə Ermənistana ATƏT xətti ilə etdiyim səfərlə bağlı da çoxlu çoxlu sorğu-suallar oldu. Şəxsən məni ən çox narahat edən məqamlardan biri, Azərbaycanın Müdafiə Nazirliyi sistemində kim(lər)insə dövlət və hərbi sirlərin düşmən ölkəyə ötürülməsində maraqlı olması və iştirakı faktı oldu ki, inşallah yəqin ki, yaxın vaxtlarda bu haqda Baş Prokurorluq verəcəyi məlumatda öz fikrini açıqlayacaq. Amma, Azərbaycan mətbuatına, dostlarıma deyəcəyim sözlər var. 

  Şükürlər olsun ki, mən 1975-ci ildən dövrü mətbuatdayam və o vaxtdan bu günə kimi azdan-çoxdan həm öz bilik və bacarığımla, həm də gündəlik fəaliyyətimlə irili-xırdalı qəzetlərdə, jurnallarda, son bir neçə ildə isə internet portallarında həm yazılarla çıxış etmişəm, həm də bir ekspert kimi rəylərimi bildirmişəm. Az qala Afrika cəngəlliklərindən, şou-biznesdən palaz- palaz yazılar yazan,dərc edən həmkarlarım, demək olar ki, mənim taleyimi həll edə biləcək bir hadisədən nədənsə yazmağa ya qorxdular, ya da “kimlərinsə əlinə baxan, haram pul yiyələrindən çəkindilər. Canınız sağ olsun. Amma, öz varlığım qədər inanıram ki, əgər məni həbs etsəydilər, yəqin ki, indi məni Azərbaycanın 1 nömrəli düşməni kimi “şərəfləndirərdilər”.      

 Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur.    Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600