Razi Nurullayev müavin vəzifəsindən çıxarıldı-Yenilənib
AXCP sədri Əli Kərimli sərəncamla müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib.
AXCP sədri Əli Kərimili sərəncamla müavini Razi Nurullayevi tutduğu vəzifədən azad edib.
Qəzetə bu barədə məlumat AXCP-dən daxil olub. AXCP mətbuat xidməti Razi Nurullayevin partiyadakı vəzifəsindən uzaqlaşdırılmasının səbəbini şərh etməyib(qafqazinfo).
***
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini postundan uzaqlaşdırılan Razi Nurullayev partiyadan istefa verdiyini bəyan edib.
Bu barədə o, özünün “Facebook” səhifəsində məlumat yayıb.
R. Nurullayev istefasına səbəb kimi AXCP sədri Əli Kərimli ilə aralarındakı fikir ayrılığını göstərib.