"Rəisinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA

media-hightechnic-468x90

İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasında ABŞ səlahiyyətlilərin əli var. Çünki Ağ Ev helikopterin mühərrikinin xarab olmasına və qəzaya uğramasına səbəb olan ehtiyat hissələrinin tədarükünə qadağa qoyub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu fikri İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif səsləndirib.

“İran prezidentinin helikopterinin qəzaya uğramasında Amerika günahkardır” , – o, ifadə edib.

Keçmiş nazir həmçinin İran rəhbərliyinin baş verənləri Ağ Evin indiyədək İran xalqına qarşı törətdiyi cinayətlər siyahısına daxil etmək niyyətini açıqlayıb.

Xatırladaq ki, Vaşinqton 2018-ci ildə İrana təyyarə və təyyarə hissələrinin ixracına embarqo qoyub.

İran prezidenti İbrahim Rəisi mayın 19-da helikopter qəzasında həlak olub. Təyyarədə olan hər kəs, o cümlədən ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian da həyatını itirib./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05