Renkanı QINADILAR: “Yazırlar, iki uşağı var, utanmır, sevgidən danışır”

media-hightechnic-468x90

“Verilişdə sevgidən danışmışdım. Mənə şərhlərdə yazmışdılar ki, iki uşağı var, utanmır, sevgidən danışır. Mənim sevməyə, yaşamağa, evlənməyə, kiminsə qadını olmağa ixtiyarım yoxdur?! Yazırlar rəqqasədir, bunu necə sevirlər”.

Yenicag.az xəbər verir ki, bu sözləri rəqqasə Renka “Xəbərin var” verilişində sevib-sevildiyinə görə onu qınayanlardan danışarkən deyib.

O, artıq sevgilisindən ayrıldığını deyib və buna görə canlı yayımda göz yaşı töküb:

“Hər şeyin bir zamanı var. Mənə görə sevgini nə qısqanclıq, nə xəyanət sonlandırmır. Artıq başa düşürsən ki, bir-birimizi yoruruq, bir-birimizə əziyyət veririk. Məni, əslində, heç nə yormamışdı. Mən sevəndə o insanı dağa qaldırıram. Onu həmişə sevəcəyəm. Sadəcə olaraq elə bir məqam yaşanıb ki, ayrı qalmalıyıq. İki aydır ayrıyıq, artıq bunu qəbullanıram. Ayrılığın ilk həftəsi asan oldu, amma getdikcə çətinləşir. Həmişə sevginizin qədrini bilin. Onu həmişə sevəcəyəm və heç vaxt unutmayacağam. Artıq hər şey bitib”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600