Bunu açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə. Azərbaycan tərəfinin bunu etmək üçün əsasları var: “Belə ki, səfirlərin fəaliyyəti haqqında beynəlxalq konvensiya mövcuddur və ABŞ-ın ölkəmizdəki səfiri də bu qaydaları kobud surətdə pozaraq səlahiyyət həddini aşaraq ölkənin daxili işlərinə müdaxilə edib. Normal ölkələrdə belə diplomatlar arzuolunmaz şəxs elan olunur və rəsmi Bakı da belə addım ata bilər”.
Politoloq deyib ki, rəsmi Bakı bu addımı atmaq üçün Dövlət Departamentinə müraciət etməlidir və onun hərəkətləinin diplomatik fəaliyyətə uyğunsuzluğu barədə məlumat verməlidir: “Bundan sonra bu səfirin arzuolunmaz şəxs olduğunu qeyd edərək dəyişdirilməsini təklif etməldir. Çünki səfir özünü səfir kimi deyil, daha çox təmsil etdiyi ölkənin səlahiyyətli şəxsi kimi aparıb”.
Politoloq hesab edir ki, Riçard Morninqstar həqiqətən kobud səhvə yol verib və səlaiyyətini aşaraq Azərbaycan hakimiyyətinin daxili və xarici siyasətini sərt tənqid edib.
www.yenicag.az