“Rusiya Qarabağ problemini …,”

media-hightechnic-468x90

üsüd“Rusiya Qarabağ problemini heç vaxt həll etməyəcək”.  

Bu sözləri  açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib.  

O, Rusiyanın daima Qarabağdan istifadə edəcəyini bildirib:  

“Jirayr Liparityanın Qarabağ haqqında dedikləri boş sözlərdir. Rusiya Qarabağ problemini heç vaxt həll etməyəcək. Çünki Qarabağ poladdan hazırlanmış keyfiyyətli bir qarmaqdır. Bu qarmaq iki dənədir. Rusiya bunlardan birini Azərbaycanın, digərini isə Ermənistanın qabırğasının altına keçirib. Onu çox dərin keçirib və möhkəm bir kəndirlə Kreml divarlarından asıb. O, nə üçün iki ölkəni ondan asılı edən qarmaqları çıxarsın? Rusiya maraqlıdır ki, bu münaqişə davam etsin. Rusiya bunu heç kəsin xeyrinə həll etməyəcək. Çünki bu, Moskvanın maraqlarına cavab vermir. Bu münaqişə həll edilməmiş qalmalıdır”.  

Qeyd edək ki, bir müddət öncə Ermənistan prezidentinin eks-məsləhətçisi Jirayr Liparityan Rusiyanın Qarabağı Azərbaycanın xeyrinə həll edəcəyi ilə bağlı açıqlama vermişdi(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600