Rusiya və Çin dollardan niyə imtina edir?

media-hightechnic-468x90

ki“Bu situasiyada Rusiya və Çinin belə qərar qəbul etməsi iki ölkə arasındakı ticarət əlaqələrinə şamil edilir”.

Bunu Rusiya və Çinin ticarət əlaqələri zamanı dollardan imtina edilməsi ilə bağlı qərarını şərh edən iqtisadçı ekspert Azər Mehtiyev bildirdi:

“Yəqin bilirsiniz ki, bir müddət bundan qabaq Rusiya Sankt–Peterburqda yeni neft birjasının yaradılacağı ilə bağlı məlumat yaymışdı və rəsmi Moskva bildirmişdi ki, bu birjada bütün alğı–satqı əməliyyatları dollarla deyil, yalnız rublla aparılacaq. Bundan əlavə bir neçə il öncə İran buna cəhd etdi və bildirdi ki, bir halda ki, biz neft satan ölkəyik və neftimizi öz pulumuzla, yaxud istədiyimiz valyuta ilə sata bilərik. Lakin bu, problemlər yaratdı. Çünki beynəlxalq ticarət belədir ki, burada insanlar əsas ticarət vasitəsi olaraq dollardan istifadə edirlər. Amma bu situasiyada Rusiya və Çinin belə qərar qəbul etməsi iki ölkə arasındakı ticarət əlaqələrinə şamil edilir. Hazırda hər iki ölkə arasındakı ticarət əlaqələri inkişafa doğru gedir. Təbii ki, bu qərarın icrası hər iki ölkənin ciddiliyindən asılıdır. Ən azından hər iki ölkə ciddi-cəhd göstərərlərsə, şirkətlərinə ciddi tapşırıq verərlərsə, Çinlə Rusiya arasındakı ticarət dövriyyəsində Çin yuanı və Rusiya rublundan istifadə edə bilərlər”.

Ekspert hesab edir ki, real ticarət dövriyyəsi Çin iqtisadiyyatının həm də ABŞ valyutasından, ABŞ iqtisadiyyatından asılı olduğunu göstərir:

“Bir məsələ də var, real vəziyyət göstərir ki, Çin iqtisadiyyatı eyni zamanda ABŞ iqtisadiyyatının durumundan asılıdır. Bu baxımdan Çinin bu qərarla Amerika valyutasının mövqeyinə ciddi təsir etmək marağının olmasına şübhə ilə yanaşıram. Təbii ki, Rusiya və Çinin öz aralarındakı ticarət əlaqələrində dollardan istifadə etməsi ümumi proseslərə təsir edəcək, amma bunun geniş mənada ciddi nəticələrə gətirib çıxaracağına inanmaq mümkün deyil. Əgər Rusiya ilə Çin bu məsələni daha geniş məkana daşımağa cəhd eləsə, bu zaman onun dollara hansısa təsir edə biləcəyinə inanmaq olar. Amma indiki halda bu, real görünmür. Prosesin gedişində hər şey dəyişə bilər. Amma hazırda Rusiyanın və Çinin razılığa gəldiyi bu qərar ümumi proseslərə heç bir təsir etməyəcək”.

Xatırladaq ki, ötən gün Rusiya və Çin arasında əldə olunan razılığa görə ticarətdə dollardan istifadə edilməyəcək. Bu iki ölkə arasındakı bütün ticarət dövriyyəsi rubl və yuandan istifadə ediləcək.

Onu da qeyd edək ki, son statistikaya əsasən ABŞ-la Çin arasındakı ticarət dövriyyəsi təxminən 563 milyard dollar civarındadır. 2013-cü il ərzində 300 milyard dollarlıq məhsul ABŞ-a, 263 milyard dollarlıq məhsul isə Vaşinqtondan Pekinə satılıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600