!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Rza Pəhləvinin mumiyası tapıldı - VİDEO

!Reklam – Yazi

Tehran şəhərinin cənubunda türbə inşası zamanı mumiya tapılıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, mumiyanın kim olduğu barədə müxtəlif iddialar ortaya atılıb. Bu iddialardan həqiqətə ən uyğun olanı isə mumiyanın Rza şah Pəhləviyə aid olmasıdır. Belə ki, şahın ABŞ-da yaşayan nəvəsi 1979-cu ildə babasının məzarının dağıdıldığını və cəsədin qəbrin içindən çıxarıldığını söyləyib. Babasının adını daşıyan Rza Pəhləvi İranın dövlət rəsmilərinə çağırış edərək məsələnin araşdırılmasını istəyib.

Bunun ardınca Tehran Mədəni Miras Komitəsinin sədri mumiyanın böyük ehtimala şaha aid olduğunu, bundan sonra da lazımi araşdırmaların aparılacağını bildirib.

www.yenicag.az

1627
Ads
www.veteninfo.com
!Reklam – Arxiv