Şahin Mustafayev səfirlə görüşdü

media-hightechnic-468x90

37376f273479dc8d68b90943a5da7293Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə görüşüb.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə Ş. Mustafayev Azərbaycan iqtisadiyyatı, qazandığı uğurlar barədə məlumat verərək, Ermənistan istisna olmaqla, regionun digər ölkələri ilə uğurlu əməkdaşlıq aparıldığını qeyd edib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin ədalətli mövqeyini səfirin diqqətinə çatdırıb.

V. Pivonka isə ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialı qeyd edib, Çexiyanın Azərbaycanla qeyri-neft sahəsində əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.

Görüşdə mart ayında Çexiyanın sənaye və ticarət nazirinin Azərbaycana səfəri və iş adamları arasında biznes forumun keçirilməsi məsələləri müzakirə edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600