Şahzadə Bakıya gəlir

media-hightechnic-468x90

71685_res_01Bu gün Britaniya kraliçasının oğlu, Yorq hersoqu, şahzadə Endryü prezident İlham Əliyevlə görüşmək üçün Bakıya gəlir.

Bu barədə Britaniya mətbuatı yazıb. Azərbaycan prezidentinin dostu kimi tanınan şahzadənin Bakıya səfərinin “şəxsi xarakter daşıdığı” bildirilir və səfərin məqsədləri barədə məlumat verilmir.

Bununla belə məlumdur ki, şahzadə Endryü Britaniyanın ticarət-iqtisadi maraqlarının təmin edilməsi üçün şəxsi əlaqələrindən istifadə edir. Bukinhem sarayından şahzadənin Bakıya səfərini təsdiq ediblər, ancaq bildiriblər ki, kral ailəsinin üzvlərinin şəxsi səfərləri ilə bağlı şərh vermirlər.

Səfərin hansı mənbədən maliyyələşdirildiyi də açıqlanmır. Kral ailəsinin üzvlərinin şəxsi səfərləri Britaniya büdcəsindən maliyyələşdirilmir. Şahzadə Endryü bundan əvvəl də dəfələrlə Bakıda səfərdə olub.(Virtualaz)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600