!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şahzadənin siqaretə görə borcu üzə çıxdı – 80 il sonra

!Reklam – Yazi

Britaniya şahzadəsinin ölümündən sonra siqaret mağazasına 15 şillinq borcu qaldığı aşkarlanıb.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Kraliça Viktoriyanın qızı, şahzadə Luiza 1939-cu ildə 91 yaşında vəfat etməzdən əvvəl Bukinhem sarayının yaxınlığında yerləşən siqaret mağazasına olan borcunu ödəməyib.

Bu barədə məlumat Böyük Britaniyanın Milli Arxivi tərəfindən açıqlanıb.

Ailədə 6-cı uşaq olan Luiza qeyri-adiliyi ilə seçilib və rəssamlığa meylli olub. Əvvəlcə siqaret çəkdiyini gizli saxlayan şahzadə qardaşı Eduardın 1901-ci ildə taxta çıxmasından sonra bu zərərli vərdişini açıq çəkildə davam etdirib.

Şahzadə Luiza vəfat edərkən, indiki ekvivalentlə 89 milyon dollar dəyərində sərvətə malik olub.

COP29

www.yenicag.az

3630
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv