“Samsung” smartfonlar üçün 12 QB-lıq əməli yaddaş istehsalına başlayıb.
Yenicag.az ICTnews-a istinadən xəbər verir ki, Cənubi Koreyanın smartfon və elektronika istehsalçısı “Samsung” şirkəti “Exynos 990” prosessoru ilə yanaşı, “LPDDR4X” standartına uyğun əməli yaddaş çipini təqdim edib. Modulların tutumu 12 QB təşkil edir və şirkətin nümayəndələrinin iddiasına görə, həmin modullar orta qiymət diapazonuna aid smartfonlarda tətbiq edilə bilər.
Yeni çiplərdə məlumatların ötürülmə sürəti 4266 Mbit/s təşkil edir ki, bu da orta büdcəli mobil qurğularda 4K formatında videoların çəkilməsi və süni intellekt funksiyalarının işləməsi üçün kifayətdir.
www.yenicag.az