Sarkisyan gizli şəkildə Qarabağa gəldi

media-hightechnic-468x90

74540Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 13-də gizli şəkildə Dağlıq Qarabağa gəlib.

Bu barədə Ermənistanın “Haykakan jamanak” qəzeti Erməistanın hakim Respublika Partiyasındakı mənbə bildirib. Qəzetin yazdığına görə, səfər geniş ictimaiyyətdən gizli saxlanır.

Qəzetin yazdığına görə, Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə gəlişi Ağdamda Ermənistan silahlı qüvvələrinə məxsus helikopterin vurulması ilə bağlıdır.

Hadisə ilə bağlı Dağlıq Qarabağda çaxnaşma yaranıb və erməni əhali regionu tərk eləmək istəyir. Qarabağda doğulmuş Serj Sarkisyan yəqin ki, öz həmyerlilərinə ürək-dirək verməyə gəlib.(anspress)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600