Sarkisyan hakimi işdən qovdu

media-hightechnic-468x90

img1761620Ermənistan İnzibati Məhkəməsinin hakimi Robert Sərkisyan prezident Serj Sərkisyanın sərəncamı ilə səlahiyyətlərindən məhrum edilib. Musavat.com-un erməni qaynağına istinadən verdiyi xəbərə görə, sözügedən hakim ötən il üç mülki fəalın işi ilə bağlı onların xeyrinə, polisin isə əleyhinə qərar çıxarması ilə gündəmə gəlmişdi.

media-banner_tkm

Qərar aktivistlər üçün də gözlənilməz olmuşdu. Söhbət 2013-cü ildə İrəvan meriyası qarşısında meriyanın Nəqliyyat İdarəsinin rəisinin azad edilməsi tələbi ilə keçirilən oturaq etiraz aksiyası ilə bağlı polislə bir neçə vətəndaş arasında məhkəmə çəkişməsindən gedir. O zaman onlarla fəal saxlanılmışdı.

Lakin hakim Sərkisyan fəallara qarşı polisin irəli sürdüyü cərimə iddialarını qanunsuz sayaraq rədd eləmiş, əksinə, fəalların özlərinə təzminat ödənilməsi haqda hökm vermişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05