Separatçılar Azərbaycan diasporunun rəhbərlərindən birini qətlə yetiriblər

media-hightechnic-468x90

images (1)Daha üç azərbaycanlı yaralı vəziyyətdə itkin düşüb

Ukraynanın Luqansk vilayətinin Azərbaycanlılar Konqresinin sədr müavini Telman Sədi oğlu Cəfərov separatçılar tərəfindən güllələnərək öldürülüb.

Luqansk Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyevin  verdiyi məlumata görə, hadisə dünən axşam Luqansk yaxınlığındakı Kamenko kəndinin ətrafında baş verib.

T. Cəfərovun meyiti separatçıların nəzarəti altında olan ərazidə qalıb və həllik meyiti götürmək mümkün olmayıb.

T. Cəfərovla birgə Mahir, Nurlan və Elman adlı azərbaycanlılar isə separatçıların açdığı atəş nəticəsində yaralanıblar. Onların itkin düşdüyü bildirilir. Məlumata görə, T. Cəfərov və onun azərbaycanlı tanışları həmin ərazidə fermer təsərrüfatlarına aid heyvanları çıxarmaq istəyəndə hücuma məruz qalıblar.

Azərbaycanın Ukraynadakı səfirliyinin Konsulluq məsələləri üzrə I katibi Asim Osmanov  hadisə ilə bağlı araşdırma aparılacağını deyib.

Qeyd edək ki, Ukrayna vətəndaşı olan 1961-ci il təvəllüdlü Telman Cəfərov əslən Bakıdandır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600