!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səttar Möhbalıyevin istefa verdiyi komitədə 300 milyonluq yeyinti - Pullar kimin cibinə gedib?

!Reklam – Yazi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayı ərəfəsində Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) sədrliyindən istefa verib.

Yenicag.az xəbər verir ki, 2006-cı ildən bu postu tutan Səttar Möhbalıyev istefasını “işinin çoxluğu” ilə izah edib.

AHİK qurultayına 3 gün qalmış Səttar Möhbalıyevin istefası aydındır ki, iş çoxluğu məsələsi deyil. Daha milyonları, milyardları gizlətmək mümkün deyil. İllərdir ki, Səttar Möhbalıyevin var-dövləti artıq ölçüsüz coraba belə sığmır.

Onun 18 il sədrlik etdiyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi üzərindən əldə etdiyi gəlirlərə ötəri nəzər salaq. Statistik məlumatlara görə, Azərbaycanda 210 min müəllim var. 210 min nəfər müəllimin hər biri hər ay məvacibinin 2 faizini Səttar Möhbalıyevə veriblər. Bu gün Azərbaycanda müəllim minimum 600 manat əmək haqqı alır. 1200 manat və daha çox məvacib alan müəllimlər də var. Ortalama 1 müəllim hər ay 600 manat əmək haqqı alıbsa, bu halda Səttar Möhbalıyevin cibinə hər ay 12 manat, ildə isə 144 manat ödəniş olub.

Müəllimlərin sayını da əldə etdiyimiz 144 rəqəminə vursaq, 1 ildə təkcə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən Səttar Möhbalıyevin cibinə 30 milyon 240 min manat pul axıb.

Bundan müəllimlərə nə çatıb?

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə 18 il sədrlik edib. 18 ilin 8 ilini cari xərclərə çıxsaq, 10 illik gəlir 324 milyon manata bərabərdir. 24 milyon manatı da silsək, ortada 300 milyon manat qalır və bu pulun yerini təbii ki, Səttar Möhbalıyevdən soruşmaq yerinə düşər.

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə biləvasitə rəhbərlik edib, bundan başqa 27 üzv təşkilat da olub.

Həmin təşkilatların sədrlərinin gün-güzəranı Səttar Möhbalıyevlə müqayisəyə gəlməsə də, aralarında multi-milyonçular az deyil. Möhbalıyevin ətrafında olanların dəyəri 100-200 min manatlıq bir deyil, bir neçə maşınları, 2-3 milyonluq villaları, ölkənin turistik, gözəgəlimli yerlərində imarətləri, saysız-hesabsız torpaq sahələri, biznesləri var.
Bu adamların gəlirlərinə illərlə tək nəzarət edən, “təftiş” edən elə Möhbalıyevin özü və başına topladığı müavin-katibləri olub.

Avqustun 26-da AHİK-in növbədənkənar qurultayında Səttar Möhbalıyevin sədrlikdən kənarlaşdırılacağı da indidən bəllidir.

Səttar Möhbalıyev 33 ildir ki, bu postdadır. Bir qərinə Səttar Möhbalıyevin oliqarxlaşması, həddindən artıq var-dövlət toplaması, ölkənin gizli milyonçuları sırasına çıxmasına çoxdan kifayət edib.

Səttar Möhbalıyevi yaxından tanıyanlar deyirlər ki, ciddi-cəhdlə gizlətməyə çalışdığı var-dövlət hərisliyi onu dəfələrlə “sahildən sahilə” atıb. Ötən illər ərzində Möhbalıyevin “krışa”sı kimlər olmayıb ki?

Bir-birinə az qala düşmən mövqedə olan vəzifə daşıyıcılarının kölgəsində daldalanan Səttar Möhbalıyev vəziyyət dəyişən kimi “krışa”sını dəyişib. Uzun illər Ramiz Mehdiyevin patronajlığı altında AHİK-də “at çapan” Səttar Möhbalıyev Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra onun cinahına keçib. Hətta Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudovanı 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsinə təyin edib. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü olub. 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 gün sonra Səttar Möhbalıyev Tahirə Mahmudovanı vəzifəsindən uzaqlaşdırmışdı.

Özü isə Naxçıvan “xanı” Vasif Talıbovun “krışa”sı altına keçmişdi. Böyük varidat sahibi olan Səttar Möhbalıyev hər kiçik fürsətdə üzv təşkilat rəhbərlərindən pul qoparmağından da qalmırmış. Məsələn, 2020-ci ildə Milli Məclisə namizədliyi Naxçıvandan verilən Səttar Möhbalıyev “kiçik torpaq”da təmir-tikinti işləri görəcəyini deməklə AHİK-ə üzv olan təşkilat rəhbərlərinin hər birindən 10 min manat yığmışdı. Təmir-tikinti işlərini isə təbii ki, Səttar Möhbalıyev həyata keçirməmişdi.

Bu gün ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutulur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da yoxdur. AHİK ölkə daxilində ofşor adadır, uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb.

İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmalar başlar-başlamaz AHİK sədri ürək xəstəliyi tapıb. Səttar Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvətinin dəyəri 3 milyard manatı aşır. Hazırda AHİK ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyadır. Səttar Möhbalıyev 2,5 milyon işçinin əmək haqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlar üzərində illərlə sərəncam verib.

Artıq AHİK-də Səttar Möhbalıyevin dövrü bitir. Onun varidatının araşdırılmasının cildlərlə cinayət işi materialına sığmayacağı da indidən bəllidir./Musavat.com

COP29

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv