!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Səudiyyə Ərəbistanı Argentinanı necə məğlub etdi?

!Reklam – Yazi

Səudiyyə Ərəbistanı yığmasının dünya çempionatında Argentinanı məğlub etməsi hər kəs üçün sürpriz oldu.

Yenicag.az xəbər verir ki, asiyalılar maraqlı oyun tərzi ilə mundialın favoriti üzərində qələbəni bayram etdilər.

Cənubi amerikalıların məğlubiyyəti dünya idman mediasının gündəminə çevrildi. Əksər mütəxəssislərin fikrincə, bu qalibiyyət sırf Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi Erve Renatın ayağına yazılmalıdır.  Argentinaya qarşı riskli futbol oynadan fransız çalışdırıcı məhz bunun sayəsində rəqibindən 3 xal almağı bacardı.

Bəs, 54 yaşlı mütəxəssis hansı taktika ilə güclü rəqibini üstələdi?

Erve Renar sürətli argentinalı futbolçulara qarşı müdafiə xəttini irəli çəkmişdi. Səbəb isə ofsayd taktikasından istifadə etmək idi. Son müdafiəçilər mərkəz xəttinə yaxın oynayacaq və nəticə onların arxasına atılan toplarda rəqibi oyundan kənar vəziyyətə salacaqdılar. Düzdür, bu hər zaman alınmaya bilərdi. Çünki kifayət qədər texnikaya və sürətə malik Lionel Messi, Lautaro Martines kimi futbolçular ofsayda düşməyə bilərdilər və ya asiyalıların müdafiə xətti gecikə bilərdi. Amma bu gün reallıq odur ki, Renarın bu taktikası işə yaradı.

Elə ilk hissədə “albiseleste” 7 dəfə ofsayda düşdü. Argentinalılar birinci yarıda vurduğu 3 qol da oyundan kənar vəziyyətə görə qeydə alınmadı.

Ofsayd taktikası futbola ötən əsrinə 70-ci illərində gətirilib. Bu taktikadan ilk dəfə ən yaxşı istifadə edən isə Belçika millisi olub. Onlar 1982-ci il dünya çempionatının seçmə mərhələsində bu üsulla Niderland, Fransa kimi komandaları qabaqlayıb mundiala qatılmışdı.

Günümüzdə də ofsayd taktikasından istifadə olunur. Türkiyənin “Fənərbaxça” klubunu nümunə çəkmək olar. Komandanın baş məşqçisi Xorxe Jezuş eyni yolla İstanbul klubunu uğurlara daşıyır.

Səudiyyə Ərəbistanın baş məşqçisi Erve Renar həm də zəif komandalarda qazandığı nəticələrlə də ad çıxarıb. O, 2012-ci ildə Zambiya yığması ilə Afrika Millətlər Kubokuna sahib çıxıb. Bu gözlənilməz nailiyyətdən sonra Fil Dişi Sahili Futbol Federasiyası onu milliyə dəvət edir. Renar 2015-ci ildə – 23 il sonra Fil Dişi Sahilinə Afrika Milllətlər Kubokunu qazandırır.

2018-ci ildə isə Mərakeş yığmasının sükanı arxasında dünya çempionatına vəsiqə qazanır. Bu afrikalılar üçün 20 il sonra gələn vəsiqə idi./Qafqazinfo/

www.yenicag.az

303
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv