!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Smartfonlarda olan bütün məlumatlar oğurlana bilər - YENİ VİRUS

!Reklam – Yazi

“VUSec” tədqiqat qrupunun mütəxəssisləri Android sistemi əsasında çalışan smartfonların yeni xak olunma üsulu barəsində məlumat veriblər.

Yenicag.az “Technote”a istinadən bildirir ki, Android platformasını 2 dəqiqəyə xak etmək imkanı yaradan yeni texnologiya “GLitch” adlanır.

Sözügedən texnologiya üzrə təcrübə 3 ədəd müxtəlif brend smartfonlar üzərində aparılıb. Məlum olub ki, kiberhücumu “Rovhammer” proqramındakı boşluq sayəsində etmək mümkündür. Həmin boşluq smartfonu brauzer və JavaScript proqramlaşdırma dili vasitəsilə xak etməyə imkan verir.

Zərərli kod sayəsində smartfonun bütün mikroarxitekturası zədələnir və beləliklə, xakerlər smartfonda olan bütün məlumatları əldə edə bilirlər.

Bununla belə, bu prosesi etmək üçün mütəxəssislərə 2 dəqiqə vaxt lazım olub. Bu ilin Mart ayında mütəxəssislər Android sistemi üzərində çalışan 45 smartfonda istifadəçi məlumatlarını kənar serverlərə göndərən və cihazlara casus tətbiqlərini yükləyən viruslar aşkar etmişdilər.

Zaur H.

COP29

www.yenicag.az

1552
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv