Son sutkada sadəcə bir nəfər koronavirusa yoluxdu

media-hightechnic-468x90

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada bir yeni yoluxma faktı qeydə alınıb, üç nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yenicag.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən bir nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 889 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 596 nəfər müalicə olunaraq sağalıb, 10 281 nəfər vəfat edib, aktiv xəstə sayı 12 nəfərdir.

Ölkədə son sutka ərzində 243, hazırkı dövrədək isə 7 635 924 test aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa