Sudanda yeni baş nazir təyin edildi
Xəbər verdiyimiz kimi, Sudan prezidenti Ömər əl-Bəşir ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib. Prezident həmçinin hökumətin buraxıldığını da bildirib.
Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, prezidenti Ömər əl-Bəşir hökuməti buraxdıqdan sonra yeni baş nazir təyin edib.
Müdafiə, xarici işlər və ədliyyə nazirləri öz vəzifələrində qalıblar. Əl-Bəşir həmçinin vilayətlərə yeni qubernatorlar təyin edib.