Azərbaycan Premyer Liqasında XXVI tura start verilib.
Yenicag.az xəbər verir ki, günün yeganə oyunu Bakıda baş tutub.
Turnir cədvəlinin üst pillələrində qərarlaşan “Səbail” və “Sumqayıt” “ASCO Arena”da münasibətləri aydınlaşdırıblar.
Görüş qonaqların minimalhesablı qələbəsi ilə sona çatıb. Yeganə qolu 10-cu dəqiqədə Kazemir Ninqa vurub.
Hesabında 39 xal olan “Sumqayıt” turnir cədvəlində ikinci pilləyə yüksəlib. “Səbail” isə 37 xalla üçüncü yerə enib.
Qeyd edək ki, turun digər oyunları martın 9-10-da keçiriləcək.
www.yenicag.az