Trans-Anadolu qaz boru kəməri (TANAP) bu il iyunun 12-də istismara veriləcək.
Yenicag.az OilGas.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika və təbii sərvətlər naziri Berat Albayrak məlumat verib.
Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Qeyd edək ki, bundan əvvəl TANAP-ın açılış mərasiminin iyunun 19-da baş tutacağı ilə bağlı məlumat verilmişdi. Nəhəng layihənin istismara veriləcəyi tarixin dəyişdirilməsi Türkiyədəki növbədənkanar prezident seçkiləri ilə əlaqədardır.
TANAP vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından çıxarılan təbii qaz Türkiyəyə və Avropaya nəql olunacaq. Layihə çərçivəsində Gürcüstan sərhədindən başlayaraq Yunanıstan sərhədinə qədər Türkiyə ərazisində 1800 km uzunluğunda boru xətti döşənir. Xəttin Eskişehir hissəsi tamamlanıb, sınaqlar davam edir.
BOTAŞ iyulun 1-dən etibarən Eskişehirdən qaz almağa başlayacaq. Başlanğıc olaraq 10 milyard kubmetr qaz Avropaya, 6 milyard kubmetr qaz Türkiyəyə nəql olunmaqla, ümumilikdə ildə 16 milyard kubmetr qaz daşınacaq.
www.yenicag.az