“TNS” İnformasiya Agentliyində struktur dəyişikliyi olub, yeni icraçı direktor postu yaradılıb.
Bu barədə müvafiq əmr imzalanıb.
TNS-in icraçı direktoru vəzifəsinə baş redaktor Gülşən Hacıyeva gətirilib.
Tanınmış jurnalist Samir Güləliyev isə saytın baş redaktoru təyin edilib.
Qeyd edək ki, Samir Güləliyev uzun illərdir, mətbuatda fəaliyyət göstərir.
O, 2001-2015-ci illərdə “Olaylar” İnformasiya Agentliyi və eyniadlı qəzetin müxbiri, 2007-2015-ci illərdə “Olaylar” İnformasiya Agentliyinin Prezident Administrasiyasında akkreditasiya olunmuş müxbiri olub, 2015-2023-cü illərdə “Trend” Beynəlxalq İnformasiya Agentliyində, 2023-2024-cü illərdə isə News24.az və Mətbuat.az saytlarında redaktor vəzifələrində çalışıb.
www.yenicag.az