Tanınmış müğənni: “Xanımım dünyadan köçsə, evlənmərəm”

media-hightechnic-468x90

“Elə şeyi qəbul edə bilmərəm”.

Yenicag.az xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı “Rəngarəng” verilişində aparıcı Zaur Nəbioğlunun “xanımın dünyadan köçsə, yenidən ailə qurmazsanmı” sualına cavab olaraq deyib.

Sənətçi həyat yoldaşı dünyadan köçərsə, heç vaxt evlənməyəcəyini bildirib:

“Heç vaxt. Qızımın üzünə necə baxaram ki, bu getdi evləndi. Yəni dözə bilmədi xanımının olmamadığına görə? Qızım olmasa da, bir qulluqçu tutaram, mənə yemək bişirər. Heç o da lazım deyil, özüm-özümə yemək bişirərəm, amma elə şeyi qəbul edə bilmərəm, tək yaşayaram”.

Nehru

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600