!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təhsil nazirindən "TİBBİ KƏŞF": "Uşaq çox dincələrsə, böyüyəndə..."

!Reklam – Yazi

Təhsil naziri Emin Əmrullayev ölkədə təhsil müddətinin artırılmalı olduğunu qeyd edib.

Yenicag.az xəbər verir ki, nazir bu təklifini qeyri-adi təsbitlə “möhkəmlədib”.

O bildirib ki, uşaq çox dincəlsə, böyüyəndə ciddi problemləri ola bilər:

“Cəmiyyətimiz müddətin uzadılmasına ağrılı məsələ kimi baxır. Tədris müddətinin iyunun 14-ə kimi uzadılması ilə bağlı islahatımız bu günə kimi də qınanılır. Bunun insan sağlamlığına vura biləcəyi zərərlə bağlı ciddi miflər mövcuddur. Bu günədək oxumaqdan kiməsə ciddi ziyan gəlməyib. Bu narahatlıqların elmi əsası yoxdur. Uşaq nə qədər təhsillə çox məşğul olsa, gələcəyi yaxşı olar. Təbii ki, oxumağı da qədərindən nisbətən 2 saat çox vaxt nəzərdə tutulur. Uşaq çox dincələrsə, böyüyəndə ciddi problemləri ola bilər”.

www.yenicag.az

764
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv