PKK/YPG terror təşkilatı Suriyanın Təl-Abyad bölgəsindəki məktəbə raket atıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Təl-Abyadın Curn kəndində yerləşən məktəb hücum nəticəsində tamamilə yararsız hala düşüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 8-i isə yaralanıb.
Qeyd edək ki, terror təşkilatı eyni zamanda Azəz rayonunu da top mərmiləri ilə atəşə tutublar.