!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolik Nadiri peşman etdi - Statusu sildi

!Reklam – Yazi

Müğənni Nadir Qafarzadə prodüser Tarix Əliyev (Tolik) barədə sosial şəbəkədə yazdığı ittihamdolu paylaşımını silib.

Bu barədə Yenicag.az-a Tolikin özü məlumat verib.

Belə ki, məsələ ilə bağlı Tolikə müraciət etdik, onun cavabı isə belə oldu:

“Siz onun paylaşımına baxın, yazdıqlarını silib. Bundan artıq nə cavab?”

Qeyd edək ki, ötən gün “Hər şey daxil” verilişində Tolik xalq artisti Nazpəri Dostəliyevanın başına tac qyoduqdan sonra müğənni Nadir Qafarzadə əsəbiləşib və İnstaqram səhifəsində Tolikin ünvanına ağır ittihamlar səsləndirib:

“Deyəsən, ağzımın açılması zamanı gəlib. Oturun yerinizdə! Hacılara, Rusiyada yaşayan pullu kişilərə, “məmurlar”a qız çıxarmamışam. Yəni, “Papa Karlo”luq etməmişəm. Belə getsə, susmayacam. Amma kiminsə acı həqiqətləri açıb söyləmək zamanı gəlib. Qadın müğənnilərini satışa çıxaranlar, susun. Mənim qorxacağım bir şey yoxdur, amma siz yaxşı düşünün. Vaxt gələndə adınız bir çox cinayətlərdə hallanacaq. Mən dəliyəm, məndə “tormoz” yoxdur. İlhamə xanımı sizin şantajlarınız öldürdü. Evlər yıxanlar, hərəkətlərinizdən utanın.

Xalqın gözündə maskalanıb özünüzü yaxşı, xeyirxah insan kimi qələmə verməyin. Camaat hər şeyi görür, bilir. Mən axı arxivəm, unutmayın. Zibillərinizi açıb tökərəm. Hələ ad çəkmirəm, amma bir az çaşsanız hacıların və başqalarının adını qeyd edəcəm. İnsan alveri ilə məşğul olanlar, murdarsınız. Qazandığınız pul burnunuzdan gələcək. Rayon toylarına xanım müğənniləri oxumaq adıyla aparıb pula satanlar… Hətta satdıqlarınızın içində aparıcılar da var. Hacılara, “hacıleylək”lərə çox güvənirsiz, elə bilirsiz onlar sizi xilas edəcək? Əksinə, zibilləri açılanda sizi qoyub qaçacaqlar”.

Tarix isə Nadirin instaqramda yazdığı iddialara şəxsi səhifəsində cavab verib:

“Allaha şükür olsun ki, kimlərinsə yanında başım aşağı deyil. Qorxacağım da heç nə yoxdur. Sən hələm get özünü tanı, sonra başqalarına nəsə denən. Səndən qorxan sənin tayın olar, məni bəzilərinlə səhv salma. Susma, faktla danış. Kişiliyin varsa, dediyin sözləri sübuta yetir. Mən ağzımı açsam…”

Cəvahir

www.yenicag.az

3389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv