“Türkiyə ilə əlaqələrimizin yaxşılaşdırılması üçün çox gözəl şərait yaranıb”.
Yenicag.az xəbər verir ki, bu sözlərə ABŞ prezidenti Donald Tramp bildirib.
Trump, terror təşkilatları FETÖ və PKK adına cinayət törətdiyi və cəsusluq etdiyi iddiasıyla mühakimə olunan keşiş Bransonun azadlığa buraxılmasını gözəl addım kimi qiymətləndirərək: “Prezident Ərdoğana çox təşəkkür edirəm. Türkiyə düzgün qərar verə bildi. Bu əlaqələrdə əvvəlki münasibətlərə dönə bilmək üçün böyük bir addımdır” – deyə qeyd edib.
Qeyd edək ki, ABŞ prezidenti Tramp, sərbəst buraxılan Amerikalı Keşiş Bransonu dünən “Ağ Ev”də qəbul edib.
Trump, Bransonun sərbəst buraxılmasının ardından Türkiyəyə yanaşmalarının dünənə görə fərqli olduğunu vurğulayaraq: “Hazırki vəziyyətdə Türkiyə ilə gözəl bir əlaqəyə sahib olma şansımız var” – deyə şərh edib.
www.yenicag.az