!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Türk dünyası hər zaman bu cür hücum və terrora sinə gərməyi bacarıb" - Rəşid Mustafazadə

!Reklam – Yazi

“Son hadisə bir daha sübut etdi ki, düşmən bizə qarşı təzyiqlərini artırarsa, biz daha da həmrəy və güclü oluruq”.

Bu sözləri İnterpess.az-a açıqlamasında Jurnalist, İctimai fəal, Ankara Hacı Bayram Vəli Universitetinin doktorantı Rəşid Mustafazadə deyib.

Rəşid Mustafazadə qeyd edib ki, Türk dünyası hər zaman bu cür hücumlara sinə gərib:

“Qardaş və müttəfiq ölkəmiz Türkiyənin gözü İstanbulda yaşanan terror aktı bizi dərindən üzdü. Türk dünyası hər zaman bu cür hücum, hədə-qorxu və terrorla üz-üzə olub və sinə gərməyi bacarıb. Bu dəfə də istisna deyil. Alçaq terrorun arxasında dayanan yad və düşmən güclər bilməlidir ki, türk dünyasının terrora qarşı tarixi immuniteti var və biz onlarsan fərqli olaraq əsla əlimizi terrora bulaşdırmarıq. Əminik ki, bu çirkin əməli törədənlər və onların əmr verənləri layiqi cəzalarını alacaqlar. Son hadisə bir daha sübut etdi ki, düşmən bizə qarşı təzyiqlərini artırarsa, biz daha da həmrəy və güclü oluruq. Mövcud çətin geosiyasi konyukturda ölkələrimiz ən müdrik, uğurlu və ən əsası müstəqil siyasət sərgiləyərək öz mövqelərindən geri çəkilməyəcək. Xüsusilə Türkiyə və Azərbaycanın apardığı birgə xarici siyasət nəinki bölgə, ümumillikdə dünyanın təhlükəsizliyi baxımından böyük önəm kəsb etməkdədir. İstiqlaliyyət Caddəsində yaşanan olaylar və onları törədənıər buna mane ola bilməz”.

www.yenicag.az

850
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv