Türkiyədən Azərbaycana quş idxalı dayandırıldı

media-hightechnic-468x90

296076ee22595c9a619612beecbf252f“Azərbaycanın “quş qripi” xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür”

Türkiyənin daha üç bölgəsində “quş qripi”nin yayılması ilə əlaqədar müvəqqəti məhdudiyyət tətbiq edilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin apa-ya verdiyi məlumata görə, bu gün Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Dövlət Baytarlıq Müfəttişi Sialə Rüstəmova 5 may 2015-ci il tarixli 27/S-03 saylı sərəncamına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar yeni sərəncam imzalanıb.

Sərəncama görə, Türkiyənin daha üç bölgəsində İnebol, Qaraböyük və Qastamondə “quş qripi”nin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib.
Türkiyə Respublikasının müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrinin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamoni) sayı 12-yə çatıb.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Azərbaycanın “quş qripi” xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür və hazırda “quş qripi” xəstəliyinə görə respublikada epizootik vəziyyət sabitdir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600