Türkiyəli aktyor atasını qətlə yetirib
Türkiyənin “Samanyolu” telekanalında yayımlanan “Küçük Gelin” serialında rol alan və cari ilin yanvar ayında itməsi ilə gündəmə gələn aktyor Orxan Şimşək atası Əli Şimşəyin bıçaqla boğazını kəsərək öldürüb.
Öldürülən Əli Şimşəyin cəsədi Kahta qəsəbə mərkəzinə bir neçə kilometr məsafədəki Salkımbağ kəndindəki bir tarlada tapılıb. Aktyor Orxan Şimşək isə özü polisə təslim olub.
Qeyd edək ki, məşhur aktyor psixoloji xəstəlik sayılan bipolardan əziyyət çəkirdi.