Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş Kayseridə keçirilən konfransda Azərbaycanla bağlı danışıb. Yenicag.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, nazir əvvəlcə Xəzər dənizində baş vermiş faciə ilə bağlı Azərbaycana başsağlığı verib, yaralılara şəfa diləyib.
Mustada Elitaş deyib ki, Türkiyə ilə Rusiya arasında gərginlik başlayan andan Azərbaycan dostluğunu, qardaşlığını göstərib. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın Türkiyə yük maşınlarına tətbiq etdiyi qadağadan sonra sərhəddə qalan 300 yük maşınının müşayiətlə təhlükəsiz hərəkətini təmin edib.
Nazir onu da deyib ki, Azərbaycan nəqliyyat rüsumlarını da 40 faiz endirib və yeni qaydalar ən yaxın zamanda tətbiq olunacaq: “Viza problemləri var idi. Onlar da düzələcək”.
www.yenicag.az