Dünyanın bir sıra ölkələrində “Twitter” mikrobloq xidmətinin işində fasilələr yaranıb.
Yenicag.az-ın məlumatına görə, bu barədə “Downdetector” portalı yazıb.
Məlumata əsasən, xidmətdəki texniki nasazlıqlar ən çox ABŞ, Yaponiya və Böyük Britaniyada müşahidə olunub. Çox sayda şikayət, xüsusilə BMT Baş Assambleyasının 74-cü sessiyasının keçirildiyi Nyu-Yorkdan gəlib.
İstifadəçilərin əksəriyyəti sosial şəbəkə saytına daxil ola bilmir (53%). 24% iPhone və ya iPad üçün tətbiqində, digər 22% Android üçün tətbiqində problemlərlə qarşılaşıb.
www.yenicag.az