“Ukraynada biznes qurmaq istəyənlərin …”

media-hightechnic-468x90

fgdfgdgfdAzərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi azalır.

Bunu  Ukraynadakı proseslərin Azərbaycanla olan ticarət dövriyyəsinə təsirini şərh edən iqtisadçı ekspert Məhəmməd Talıblı bildirdi:   “Ukraynada baş verən məlum hadisələr rəsmi Kiyevin təkcə Azərbaycanla deyil, bütün digər dövlətlərlə də iqtisadi münasibətlərinə mənfi təsir edəcək. Amma bu, heç də ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnməyəcək. Ukraynanın idxal asılılığı olduğu məhsullarda bu təsir daha çox müşahidə ediləcək. Nəzərə alsaq ki, Kiyevin Moskvadan bir çox sahələrdə, xüsusən də qaz idxalı məsələsində asılılığı var, məhz bu proseslər həmin dövriyyəyə təsirsiz ötüşməyəcək. Ukraynaya biznes qurmaq istəyənlərin azalması müşahidə ediləcək. Həmçinin Rusiyadan bu ölkəyə gətirilən kənd təsərrüfatı məhsullarının ixracında müəyyən məhdudiyyətlər olacaq. Amma ümumilikdə bu hərbi münaqişə MDB məkanında əhəmiyyətli dəyişikliklərə gətirib çıxarmayacaq”.

Ekspert hesab edir ki, Ukrayna ilə Rusiya arasında baş verən olay Rusiyada yaşayan azərbaycanlıların ailələrinə pul göndərməsinə müəyyən çətinliklər yaradacaq:   “Olaylar nəticəsində Rusiya banklarının fəaliyyətində məhdudiyyətlər yaranıb və bu da Rusiyadan Azərbaycana pul göndərən həmvətənlərimizin işinə, həmçinin Rusiya bankları vasitəsi ilə idxal-ixrac əməliyyatı aparan iş adamlarımızın fəaliyyətinə mənfi təsir göstərəcək”.

Xatırladaq ki, Azərbaycan Ukraynadan əsasən qida məhsulları idxal edir və Ukrayna Azərbaycanın ən çox mal idxal etdiyi 5-ci ölkədir. Belə ki, 2013-cü ildə Ukraynadan Azərbaycana 589 milyon manatlıq mal gətirilib ki, bu da ümumi idxalın 5,5%-nə bərabərdir.

Azərbaycan Ukraynadan daha çox buğda unu, qənnadı məmulatları, şokolad, süd və süd məhsulları, diri iribuynuzlu heyvan və onun ətini və s. qida məhsulları idxal edir.

Ötən ilin statistikasına görə, 2013-cü ildə Ukraynadan Azərbaycana 23,5 milyon manatlıq buğda unu, 13,8 milyon manatlıq duz, 8,9 milyon manatlıq qənnadı məmulatları, 8,7 milyon manatlıq bitki yağı, 7,2 milyon manatlıq şokolad məmulatları, 9 milyon manatlıq çörək-bulka və unlu qənnadı məmulatlar, 5,7 milyon manatlıq süd və süd məhsulları və s. idxal olunub(axar.az).

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600